Real-ın 2 ulduzu bir oyunda zədələndi


İdman 14 Okt 2019 09:56:00 373 0

Real-ın 2 ulduzu bir oyunda zədələndi

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels – Xorvatiya oyununda İspaniyanın Real Madrid klubunun iki futbolçusu zədələnib.

Goal.az xəbər verir ki, Kardiffdə 1:1 hesabı ilə başa çatan matçda meydan sahiblərinin kapitanı Qaret Beyl və qonaqların kapitanı Luka Modriç xəsarət alıb.

Modriç uelslilərin hücumunun qarşısını almaq üçün Harri Uilsona qarşı kobud oynayıb. O, rəqibə xəsarət yetirməklə yanaşı özü də zədələnib. Görüşün 90-cı dəqiqəsində Milan Badellə əvəzlənən 34 yaşlı yarımmüdafiəçinin meydanı tərk edərkən sağ ayağını yerə basa bilməməsi diqqət çəkib.

Beyl isə oyunun sonlarında axsasa da, əvəzlə limiti doluğu üçün sonadək meydanda qalıb.

Real Madrid Modriçin yığmaya dəvət almasından narazı idi. Klub zədəsini tam sağaltmayan kapitanın təkrar xəsarət almasından ehtiyatlanırdı. Ona görə də Modriçin yığmanın baş məşqçisi Zlatko Daliçdən icazə almasını istəyirdilər. Lakin yekunda kapitan yığmanın düşərgəsində yer almalı oldu.