Bakıda Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir


Digərləri 14 Okt 2019 10:00:00 251 0

Bakıda Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.

Bakı. Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. Trend-in məlumatına görə, ilk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir. Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir. Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin