Filadelfiyada atışma:


Dünya 14 Okt 2019 09:46:00 311 0

Filadelfiyada atışma:

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) atışma baş verib.

Trend-in "NBC 10 Philadelphia" telekanalına istinadən verdiyi məlumata görə, naməlum şəxs şəhərin şimalında insanlara atəş açıb.

Silahlı insident nəticəsində 6 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları yaralananların vəziyyəti barədə məlumat vermirlər. Atəş açan şəxs hələ ki saxlanılmayıb.