Azərbaycanda 3 uşaq anası 10 aylıq uşağını da götürərək evdən qaçdı FOTO


Digərləri 14 Okt 2019 09:33:00 323 0

Azərbaycanda 3 uşaq anası 10 aylıq uşağını da götürərək evdən qaçdı  FOTO

Bərdə rayonunun İmamqulubəyli kəndindən üç uşaq anası evdən qaçıb.

Son.az bildirir ki, hadisə sentyabrın 25-də baş verib.

Üç uşaq anası, 1993-cü il təvəllüdlü Məmmədova Xalidə 10 aylıq uşağını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər 2 uşaq isə evdə qalıb.

Qadının həyat yoldaşı Fuad Məmmədovun verdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır.

Məmmədova Xalidəni görənlərdən Bərdə Rayon Polis Şöbəsinə məlumat verilməsi xahiş olunur. (ölkə.az)