Yaponiyada qasırğadan sonra 100 minə yaxın ev işıqsız qalıb


Dünya 14 Okt 2019 09:15:00 305 0

Yaponiyada qasırğadan sonra 100 minə yaxın ev işıqsız qalıb

Yaponiyada "Hagibis" qasırğasında sonra 13 prefekturada 100 minə yaxın yaşayış evi elektrik enerjisiz qalıb.

Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, "Tokyo Electric Power" enerji kompaniyası bildirir ki, elektrik enerjisiz qalan evlərdən əksəriyyəti paytaxtda və onun yaxınlıqdakı prefekturalardadır.

Elektrik enerjisinin verilməsini həftənin ortası üçün bərpa etmək planlaşdırılır.

Bundan əlavə, çayların daşması nəticəsində Yaponiyanın şimal-şərqində bir neçə rayon su altında qalıb.