Macarıstan - Azərbaycan matçının hakimi səhvini etiraf edib, üzr istədi


İdman 14 Okt 2019 09:18:00 371 0

Macarıstan - Azərbaycan matçının hakimi səhvini etiraf edib, üzr istədi

Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib. 

Goal.az "Report"a istinadən xəbər verir ki, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib. 

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb. Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb - 1:0.