Metroda tapdığı 400 manatı sahibinə qaytardı FOTO


Digərləri 14 Okt 2019 09:19:00 294 0

Metroda tapdığı 400 manatı sahibinə qaytardı  FOTO

Oktyabrın 10-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları maraqlı hadisənin şahidi olublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, metroda xidmət aparan polis əməkdaşına yaxınlaşan Rza Ələsgərov adlı şəxs platformadan yerdən 400 manat məbləğində pul tapdığını bildirib və onu sahibinin tapılması üçün polis əməkdaşına təqdim edib.

Polis əməkdaşı bu barədə dərhal aidiyyatı üzrə məlumat verib. Məlum olub ki, metrodan istifadə edən bir qadın da həmin gün 400 manat məbləğində pulunu itirməsi barədə müraciət edib.

Metropolitendə Polis Şöbəsinin rəhbərliyinin tapşırığı ilə R.Ələsgərov və M.Allahverdiyeva Şöbəyə dəvət edilib, polis əməkdaşlarının da iştirakı ilə pulu tapan şəxs onu sahibinə qaytarıb.

"Bu kimi hallarla rastlaşarkən vətəndaş mövqeyi sərgiləmək, tapdığımız əşyaları sahibinə qaytarmaq üçün polisə müraciət etmək həm də əsl vətəndaşlıq borcudur", - deyə, DİN-dən bildirilib.