Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi, təcili Bakıya gətirildi


Digərləri 14 Okt 2019 09:12:00 305 0

Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi, təcili Bakıya gətirildi

Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib.

Bakı. Samir Əli - Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib. Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib. Uşaq təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır: "Hazırda tibbi heyət problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir".