Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub


Digərləri 14 Okt 2019 09:04:19 281 0

Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub

Şəkinin Fazıl kəndində Təpə Başı adlanan ərazidə azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılıb.

Bakı. İlhamə İsabalayeva - Şəkinin Fazıl kəndində Təpə Başı adlanan ərazidə azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Trend-ə bildirilib ki, tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanan müqaviləyə əsasən baş tutub. Araşdırmalar zamanı Antik və Dəmir dövrünün izləri üzə çıxıb, 5 qəbr və 3 qurbangah aşkarlanıb. Ərazidə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin istehsal etdiyi milli dronlar vasitəsilə qazıntıların foto planı və 3D modeli hazırlanıb.