Filadelfiyada atışma olub, yaralananlar var


Digərləri 14 Okt 2019 08:49:00 300 0

Filadelfiyada atışma olub, yaralananlar var

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) atışma baş verib

Bakı. ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) atışma baş verib. Trend-in "NBC 10 Philadelphia" telekanalına istinadən verdiyi məlumata görə, naməlum şəxs şəhərin şimalında insanlara atəş açıb. Silahlı insident nəticəsində 6 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.