Kanadanın təyyarəsi ABŞda qəzaya uğrayıb


Dünya 14 Okt 2019 08:33:00 242 0

Kanadanın təyyarəsi ABŞda qəzaya uğrayıb

Kanadanın Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi "CT-144 Tutor" ABŞ-ın cənub-şərqində Bruks şəhəri (Corciya ştatı) yaxınlığında qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Mülki Aviasiyanın Federal İdarəsindən bildiriblər.

Məlumatda deyilir: "Kanadanın Kral Hərbi Hava Qüvvələrinə məxsus "CT-144 Tutor" təlim təyyarəsi bu gün təxminən 13:30-da Corciya ştatının Bruks şəhəri yaxınlığında qəzaya uğrayıb".

Bildirilir ki, təyyarənin pilotu uğurlu katapult edib.