Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının sayı artıb


Digərləri 14 Okt 2019 08:21:00 285 0

Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının sayı artıb

Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 39 nəfər çatıb

Bakı. Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 39 nəfər çatıb. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 189 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşmüş sayılır. Bildirilir ki, həlak olanların sayı arta bilər. Məlumata əsasən, ölkədə təxminən 136 min evə suyun verilməsində, 4,3 min evə isə elektrik enerjisinin verilməsində problemlər müşahidə olunur.