Coğrafiya İnstitutu: Oktyabrın ilk ongünlüyünün havası...


Digərləri 14 Okt 2019 07:55:00 253 0

Coğrafiya İnstitutu: Oktyabrın ilk ongünlüyünün havası...

Hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu payız fəslinin hazırkı dövrü üçün bir o qədər də xarakterik deyil.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda havanın orta sutkalıq temperaturu çoxillik iqlim normasından 1 dərəcəyədək yüksəkdir. Hazırda Bakı və Abşeron yarımadasında gündüz saatlarında 23-24 dərəcə isti müşahidə edilir. Lakin normal halda bu temperatur 19-21 dərəcə olmalı idi.

M.Həsənov qeyd edib ki, temperaturun normadan yüksək olması bütün ölkə ərazisində müşahidə edilsə də, bu, özünü daha çox Mərkəzi Aran rayonlarında göstərir.

Alim temperaturun yüksək olmasının səbəbini ölkə ərazisinə cənub hava kütlələrinin daxil olması ilə izah edib: " Ümumiyyətlə, bu il bir qədər isti və quraq keçir. Bunun səbəbi cənub hava kütlələrinin daha çox təkrarlanması ilə bağlıdır".