Coğrafiya İnstitutu: Oktyabrın ilk ongünlüyünün havası payız üçün çox xarakterik olmayıb


Digərləri 14 Okt 2019 07:45:00 254 0

Coğrafiya İnstitutu: Oktyabrın ilk ongünlüyünün havası payız üçün çox xarakterik olmayıb

Hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu payız fəslinin hazırkı dövrü üçün bir o qədər də xarakterik deyil.

Bakı. İlhamə İsabalayeva - Hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu payız fəslinin hazırkı dövrü üçün bir o qədər də xarakterik deyil. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda havanın orta sutkalıq temperaturu çoxillik iqlim normasından 1 dərəcəyədək yüksəkdir. Hazırda Bakı və Abşeron yarımadasında gündüz saatlarında 23-24 dərəcə isti müşahidə edilir. Lakin normal halda bu temperatur 19-21 dərəcə olmalı idi. M.Həsənov qeyd edib ki, temperaturun normadan yüksək olması bütün ölkə ərazisində müşahidə edilsə də, bu, özünü daha çox Mərkəzi Aran rayonlarında göstərir.