Təhlükəsizlik Şurası bu il böyük terror aktları nəticəsində ölənlərin sayını açıqlayıb


Digərləri 14 Okt 2019 06:20:00 247 0

Təhlükəsizlik Şurası bu il böyük terror aktları nəticəsində ölənlərin sayını açıqlayıb

Dünyanın müxtəlif yerlərində bu il törədilmiş ən böyük terror aktları nəticəsində 9 mindən artıq insan həlak olub

Bakı. Dünyanın müxtəlif yerlərində bu il törədilmiş ən böyük terror aktları nəticəsində 9 mindən artıq insan həlak olub. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katib müavini Yuri Kokov deyib. Y.Kokov bildirib: "2018-2019-cu illərdə 70-ə yaxın ölkədə 5 mindən artıq rezonans terror aktları baş verib. Bu terror aktları təxminən 30 min insana toxunub". Katib müavini qeyd edib ki, bu il yalnız 2 min terror aktı nəticəsində 9 mindən artıq insan həlak olub, 11 mindən artıq insan isə xəsarət alıb.