Kanadanın təlim təyyarəsi ABŞ-da qəzaya uğrayıb


Digərləri 14 Okt 2019 02:27:00 358 0

Kanadanın təlim təyyarəsi ABŞ-da qəzaya uğrayıb

Kanadanın Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi "CT-144 Tutor" ABŞ-ın cənub-şərqində Bruks şəhəri (Corciya ştatı) yaxınlığında qəzaya uğrayıb

Bakı. Kanadanın Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi "CT-144 Tutor" ABŞ-ın cənub-şərqində Bruks şəhəri (Corciya ştatı) yaxınlığında qəzaya uğrayıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Mülki Aviasiyanın Federal İdarəsindən bildiriblər. Məlumatda deyilir: "Kanadanın Kral Hərbi Hava Qüvvələrinə məxsus "CT-144 Tutor" təlim təyyarəsi bu gün təxminən 13:30-da Corciya ştatının Bruks şəhəri yaxınlığında qəzaya uğrayıb". Bildirilir ki, təyyarənin pilotu uğurlu katapult edib.