Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır


Digərləri 14 Okt 2019 01:21:14 339 0

Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır

Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır

Bakı. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqində keçirilən "Sülh bulağı" əməliyyatının gedişatını şərh edərkən deyib. T.Ərdoğan bildirib: "Biz Suriya torpaqlarına göz dikməmişik. Biz Suriyanı bölmək və parçalamaq istəyənlərə maneçilik törədirik". Türkiyə prezidenti həmçinin əməliyyat keçirilən ərazidə İŞİD terrorçularının həbsxanadan qaçması barədə yayılan məlumatları təkzib edib.