Yeni dərman, xərçəng müalicəsinə müqavimətli hüceyrələri əngəlləyəcək


Digərləri 13 Okt 2019 23:25:00 331 0

Yeni dərman, xərçəng müalicəsinə müqavimətli hüceyrələri əngəlləyəcək

İndiki dövrdə hələ tam effektiv bir təsirə sahib xərçəng müalicəsi çıxarıla bilməmiş olsa da, bu yolda irəliləmələr yazılır. İnkişaf etdirilən yeni bir dərman, xərçəng müalicəsinə immunitet qazanan hüceyrələrin önünə keçə biləcək.

İndiki dövrdə bir çox xərçəng müalicəsi başlanğıc mərhələsində olduqca yaxşı reaksiyalar verir. Ancaq daha sonra şişlərin müqavimət qazanmasıyla dərmanlar da fəaliyyətini itirir. Məhz bu problemin qabağına keçmək istəyən araşdırmaçılar, şişlərin müqavimət qazanmalarını əngəlləyə biləcək yeni müalicə üsulları yaratdılar.

Bu müalicə üsullarından biri də BOS172722 deyilən üsuldur. Bu üsul, heyvanlar üzərində edilən təcrübələrdə ən təhlükəli xərçəng növü üçün istifadə edilən paklitaksel kimyaterapiyanın fəaliyyətini artırır. Müalicənin insan üzərindəki təhlilləri indiki vaxtda da davam edir. Əgər bu üsul işə yarasa qaraciyər xərçəngi kimi xərçəng növlərində də istifadə edilə bilinəcək.

Dərmanın bəzi əks təsirləri olsa da, işin ana məqsədlərindən biri ən etibarlı dozanı tapmaqdır. İndiki vaxtda paklitakselin müvəffəqiyyətsiz olduğu vəziyyətlərdə xəstəni müalicə edə biləcək alternativ bir müalicə üsulu tapılmır. Bu səbəbdən bu iş olduqca böyük bir əhəmiyyətə sahibdir.

(adsgarden = window.adsgarden || []).push({});