Makron Fransa Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb


Digərləri 13 Okt 2019 23:26:21 336 0

Makron Fransa Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə ölkənin Təhlükəsizlik Şurasının bağlı iclası keçiriləcək

Bakı. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə ölkənin Təhlükəsizlik Şurasının bağlı iclası keçiriləcək. Trend-in "Agence France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, iclasın əsas mövzusu Türkiyənin Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" əməliyyatı olacaq. E.Makron bildirib ki, bu əməliyyat "yolverilməz humanitar vəziyyətin yaranması riskini yaradır" və "İslam dövlətinə" [İŞİD terror qruplaşması] "regionda gücünü bərpa etməyə" kömək edir.