Gələn ildən etibarən istehsalçılar məcburi şəkildə öz smartfonlarına Android 10 quraşdırmalı olacaqlar


Digərləri 13 Okt 2019 22:55:00 322 0

Gələn ildən etibarən istehsalçılar məcburi şəkildə öz smartfonlarına Android 10 quraşdırmalı olacaqlar

Keçən ayın əvvəlində Google şirkətinin yeni əməliyyat sistemi olan Android 10 istifadəyə verilmişdi. Lakin buna baxmayaraq smartfon istehsalçıları hələ də Android Pie əməliyyat sistemi ilə çalışan smartfonları satışa çıxardırlar. Gələn il isə bu vəziyyət dəyişəcək. Bu barədə XDA-Developers saytı xəbər verib. Belə ki, gələn ilin fevral ayından başlayaraq Google şirkəti smartfon istehsalçılarını məcburi şəkildə Android 10-a keçirdəcək.

Son.az technote.az-a istinadən bildirir ki, 31 yanvar 2020-ci il tarixinə kimi smartfonlar Android Pie ilə birlikdə satışa çıxa bilərlər. Lakin fevral ayından başlayaraq istehsalçılar öz smartfonlarına Android 10-u quraşdırmalı olacaqlar. Əgər cihazlar köhnə Android versiyasında çalışsalar, Google şirkəti həmin istehsalçılara GMS (Google Mobile Services) lisenziyasını verməyəcək. Qeyd etmək lazımdır ki, GMS Google tətbiqləri paketidir. Ora Play Market və Google şirkətinin müxtəlif servisləri daxildirlər.

(adsgarden = window.adsgarden || []).push({});