Qəzəb, şeytandan olan atəşdir


Digərləri 13 Okt 2019 22:45:00 254 0

Qəzəb, şeytandan olan atəşdir

Qəzəb elə bir nəfsani hisslərdəndir ki, şeytana qulluq edər. Ona görə də dinimiz qəzəblənməyi məzəmmət edir və müsəlmanları ondan çəkindirir.

Əmirəl-möminin (ə) müdrik bir kəlamında buyurur: "Qəzəb və əsəbilik elə bir şərdir ki, əgər onu vücudunda azad buraxsan, səni məhv edər".

İmam Sadiq (ə) buyurur: "Qəzəb, hər bir ziyanın açarıdır".

Bəli, əsəbi insan həm özünə və həm də ətrafında olanlara böyük ziyanlar vurur ki, sonradan qarşısını almaq mümkün olmur.

İmam Əli (ə) buyurur: "Qəzəb, yüngül ağıllıların miniyidir".

Həzrət Peyğəmbər (s) buyurur: "Qəzəb, şeytandan olan atəşdir".

İmam Əli (ə) buyurur: "Qəzəb, beyinləri məhv edən və insanı haqdan uzaqlaşdırandır".

Həzrət başqa yerdə buyurur: "O kəs ki, qəzəbinin qarşısını almaz, bizdən deyildir".

(adsgarden = window.adsgarden || []).push({});