Ən böyük və ən üstün İlahi vəzifə ata və anaya yaxşılıq etməkdir


Digərləri 13 Okt 2019 22:50:00 292 0

Ən böyük və ən üstün İlahi vəzifə  ata və anaya yaxşılıq etməkdir

Bizim varlığımız Allahdan olsa da, lakin dünyaya gəlmə səbəbimiz ata və analarımızdandır. Biz bu iki əzizin həyat ağaclarının meyvələriyik. İnsan unutqan bir varlıqdır və çox tez unudur ki, bir zamanlar aciz və gücsüz bir körpə idi, valideynləri onu böyük əziyyət və zəhmətlə boya-başa çatdırıblar. Əgər onların bu zəhmətinə təşəkkür etməzsə, bundan pis naşakürlük olmaz.

İnsanlıq və əxlaq tələb edir ki, bu iki əziz insanın həmişə xidmətində olaq. Həyatlarında onlara yaxşılıq edər və ölən zaman sədəqə və ehsanı əsirgəməyək. Bizim valideynlərimizə olan rəftarımızı gələcək nəsillər də bizə qarşı edəcəklər.

Valideynin haqqını vermək mümkünsüz bir işdir. Ancaq insan əlindən gələni etməlidir ki, onları şad etsin və özündən razı salsın.

Valideynin ali məqamı ilə hədislərdə daha yaxından tanış olaq:

Əmirəl-möminin (ə) buyurur: "Ən böyük və ən üstün İlahi vəzifə - ata və anaya yaxşılıq etməkdir".

İmam Sadiq (ə) buyurur: "Ən üstün işlər ibarətdir:

1. Vaxtında qılınan namaz.

2. Ata və anaya yaxşılıq etmək.

3. Allah yolunda cihad etmək".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir yaxşı əməl sahibi olan övlad mehribanlıqla ata və anasına baxarsa, hər bir baxışın qarşılığında ona kamil və qəbul olmuş bir həccin savabı verilər". (Erfan)

İmam Rza (ə) buyurur: "Üç şey üç şeylə birlikdə yerinə yetməlidir:

(adsgarden = window.adsgarden || []).push({});