Qəflətimizi azaltmaq üçün nə edək?


Digərləri 13 Okt 2019 22:10:00 271 0

Qəflətimizi azaltmaq üçün nə edək?

İnsan bəzən bilməyərəkdən və bəzən də bilərəkdən qəflət edər. Dinimiz bilərəkdən edilən qəfləti məzəmmət edir və bəyənmir. Yəni, söhbət ondan gedir ki, o yerdə ki, diqqət edə bilərdik - etmirik və qəflət edirik. Quran üç halda qəflət etməyi məzəmmət edir:

1. Allahı yada salmaqdan qəflət etmək.

2. Ayələrdən və İlahi nişanələrdən qəflət etmək.

3. Axirətdən qəflət etmək.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəs nə edək ki, qəflətimiz azalsın?

1. Baxış dairəmizi genişləndirək. Uşaq bilmir ki, od yandırandır, ona görə də rahat şəkildə ona yaxınlaşar. Hətta əlini onun içinə belə, salar. O insan ki, öz kəramət və fəzilətindən agah deyildir, Allah və özü qarşısında olan vəzifələri bilmir, varlıq aləminin Xaliqini yaxşı tanımır - şübhəsiz ki, yaxşı həyat proqramına malik olmayacaqdır. Bu insan qəflətdə olar. Ona görə də ilk addımda ayıq olmalı və yuxarıda saydığımız məsələləri öyrənməli və tanımalıyıq ki, baxış dairəmiz genişlənsin.

2. Xəstənin ziyarətinə getmək. İnsan xəstə ziyarətinə gedən zaman sağlamlıq nemətinin qədrini bilir və insanın mənəvi inkişaf etməsinə zəminə hazırlayır.

3. Cənazə mərasimlərində iştirak etmək. Ölümü yada salmaq - qəflətdən ayılmağın ən yaxşı yoludur.

4. Dünya məsələlərində İlahi hikməti axtarmaq. Biz insanlar maddi məsələlərə çox diqqət edirik. Bir iş bizi saatlar və hətta günlərlə məşğul edə bilər. Ona görə də hər birimiz bu dünyaya fani olmaq bucağından baxmalıyıq. Hər bir maddi şeyin arxasında İlahi hikmətin nişanəsini axtarmalıyıq.

Bəs nə edək ki, dünya işləri bizi özünə məşğul etməsin?

(adsgarden = window.adsgarden || []).push({});