İran kosmosa öz astronavtını göndərmək niyyətindədir


Digərləri 13 Okt 2019 22:05:00 233 0

İran kosmosa öz astronavtını göndərmək niyyətindədir

Tehran digər dövlətlərlə əməkdaşlıq yaradaraq, orbitə öz kosmonavtını göndərmək niyyətindədir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın informasiya və kommunikasiya naziri Cavad Azari Cahromi bildirib.

ABŞ-ın bu ölkəyə məxsus 3 kosmik araşdırmalar qurumuna qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Tehran bu istiqamətdə öz işlərini dayandırmaq fikrində deyil.

Bildirilir ki, İran canlıların kosmosa göndərilməsi üzrə artıq təcrübəyə malikdir. 2013-cü ildə iranlı mütəxəssislər iki dəfə primatları kosmosa göndərə biliblər.

(adsgarden = window.adsgarden || []).push({});