Trampdan Suriya ilə bağlı


Dünya 13 Okt 2019 21:37:00 232 0

Trampdan Suriya ilə bağlı

ABŞ minə qədər hərbçisini Suriyadan çıxarmağa başlayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Buna görə də, ABŞ Prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar verib. Söhbət min ABŞ hərbçisindən gedir.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış "Barış çeşməsi" əməliyyatına başlayıb. İndiyədək 42 kənd terrorçulardan azad edilib.