“Bizim tərəfimizdəsiniz, yoxsa terrorçuların?”


Dünya 13 Okt 2019 21:07:00 251 0

“Bizim tərəfimizdəsiniz, yoxsa terrorçuların?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon danışığından bəhs edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ərdoğan almaniyalı kanslerə Suriyada başladılan "Sülh çeşməsi" hərəkatında tərəfini müəyyən etməsini söyləyib:

"Bu hərəkatı işğal kimi dəyərləndirən şüurunu itirmiş ölkələr oldu. İqtisadi sanksiyalar və silah embarqosu ilə bizi hədələyənləri gördük. Merkelə dedim ki, bunu necə izah edəcəksiniz? Biz sizinlə NATO müttəfiqi deyilik? Terror təşkilatını NATO-ya daxil etmisiniz, xəbərimizmi yoxdur? Bizim tərəfimizdəsiniz, yoxsa terrorçuların? Terror təşkilatlarına dəstək olursunuz. ABŞ 30 min TIRı, texnikanı terror təşkilatına göndərir. Biz Suriyada niyə varıq? Rejim terrorizmə qarşı güc göstərə bilmir. Biz də bu səbəbdən Suriyaya girdik. Təzyiqlərdən, terrorçuların hədə-qorxularından bezdik. Türkiyəni bu cür təhdidlərlə yolundan döndürəcəyini zənn edənlər yanılır".