Ən adil insanın tanıtımı


Digərləri 13 Okt 2019 20:55:00 266 0

Ən adil insanın tanıtımı

İmam Əli (ə) buyurur: "Ədalətin dörd bölməsi vardır: çoxlu elm, aydın hikmət, mürəkkəb dərk, səbir".

Ona görə də deyə bilərik ki, hər kimin dərki olar, bütün elmləri şərh edə bilər. Hər kim elmli olarsa, hikmət bulaqlarını tanıyar. Hər kim səbirli olarsa, öz işlərində səhlənkar olmaz. İnsanların arasında xoş ad qazanar.

İmam Əli (ə) buyurur: "Hər kimin gizlisi aşkarı ilə eyni olar, rəftarı danışığına uyğun olar -  o, həmin kəsdir ki, əmanəti vermiş və ədaləti həyata keçirtmişdir".

İmam Sadiq (ə) ədalətli insanı bizə belə tanıdır: "(Ədalətli insan) o kəsdir ki, gözlərini harama bağlayar, dilini günahdan və əlini insanların malından (saxlayar)". (Tebyan)

Ən adil insan kimdir?

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim insanlarla rəftarda onlara zülm etməzsə, yalan deməzsə, verdiyi sözdən boyun qaçırtmazsa - comərdliyi kamil, ədaləti aşkar, onunla qardaş olmaq vacib və qeybəti haram olar".

İmam Əli (ə) buyurur: "Ən adil insan o kəsdir ki, ona zülm etmiş kəslə insafla rəftar edər".

(adsgarden = window.adsgarden || []).push({});