Nəfsani həyatın tormozunu tanıyırıqmı?


Digərləri 13 Okt 2019 20:45:00 222 0

Nəfsani həyatın tormozunu tanıyırıqmı?

Ölümdən qəflət etmək insana ziyandan başqa bir şey gətirməz. İnsanı çirkinliyə və qeyrətsizliyə tərəf çəkər. İnsanın ürəyini öldürər və onu hər heyvandan daha alçaq səviyyəyə salar. Əksinə, ölümü yada salmaq, bərzəx aləmini və Qiyaməti xatırlamaq - hər bir insan üçün ən yaxşı nəsihətverəndir. Əgər insan ölümünü xatırlayarsa, başqasına zülm etməz. Ölümü xatırlayarsa, xeyir və faydalı işlərin ardınca düşər. (Tebyan)

Hər kəs ki, ölümü xatırlayar, Allahın məhbubu olar. Bu yolda heç bir şeyi əsirgəməz. İnsan bu dünyada axirətini əldə etmək üçün yaşayır və ona görə də bütün səyini bu yolda qoyar. Yəni dünya - axirətin qiymətidir və sərmayə əldə etmək yeridir.

Ölümü yada salmaq - nəfsani həyatın tormozudur. O zaman ki, istəklər insanın kontrolundan çıxır və o zaman ki, insan rəftar və düşüncəsinə görə seçim qarşısında qalır, gərək ölümü xatırlasın. Bu zaman insan elə bir tərəfə gedər ki, axirəti üçün xeyirli olar. İmam Əli (ə) ölüm haqqında belə buyurur: "O zaman ki, çirkin işlərə tərəf tələsirsiniz və Allahdan yardım istəyirsiniz, şəhvətləri qaraldan və arzuları qıranı yada salın".

O zaman ki, insan ölümü yada salar, ona qarşı bilik əldə edər. Ölümdən sonrakı həyata əminliyi olar. Bu zaman ölümü məhv olmaq hesab etməz. Həyatı bu qədər qısa olmağı ilə məhdud bilməz. Bəlkə dünyanı əbədi həyatın başlanğıcı kimi qəbul edər. Ölümü başqa aləmə keçmək üçün vasitə bilər. O, həyatını elə bir çaya bənzədər ki, böyük bir okeana qovuşmaq üçün axar və tələsər.

Əgər insan ölümə bu cür nəzər salarsa seçimlərinə diqqət edər. Bilər ki, bunların qarşısında cavab verməli olacaqdır. Həyatın çətinliklərini səbirlə geridə qoyar. O zaman ki, ölüm sorağına gələr qəmgin olmaz. Çünki bütün həyatı boyu onun haqqında düşünmüşdür. İmam Əli (ə) buyurur: "O kəs ki, ölümün intizarını çəkər, yaxşı işlərə tələsər".

(adsgarden = window.adsgarden || []).push({});