Ölümqabağı zarafat edən şəhidlər


Digərləri 13 Okt 2019 20:15:00 248 0

Ölümqabağı zarafat edən şəhidlər

Əbdürrəhman ibn Əbdi-rəbbih Ənsari Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələrindən idi. Həzrət Əli (ə) xəlifə seçildikdən sonra Kufə yaxınlığındakı Rəhbə adlı məntəqədə səhabələr qarşısında çıxış edərək onlara and vermişdi ki, Qədir-Xüm hədisini Peyğəmbərdən eşidiblərsə, şəhadət versinlər. Səhabələrdən bir neçəsi (rəvayətlərdə onların sayının 30 nəfərə çatdığı yazılır) ayağa qalxıb Peyğəmbərin dilindən: "Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - hədisini eşitdiklərini təsdiq etdilər. Əbdürrəhman da bunlardan idi. Rəvayətə görə, o, Quran oxumağı Həzrət Əlidən (ə) öyrənmişdi.

Son.az islam.az-a istinadən bildirir ki, Əbdürrəhman Müslimin qiyamı zamanı Kufədə camaatdan beyət toplayırdı. O, Məkkədə İmam Hüseynə (ə) qoşulmuş, Onunla birlikdə Kərbəlaya gəlmişdi.

Aşura gecəsi İmam Hüseyn (ə) çadırların birində yuyundu, bədəninə nurə çəkib təmizləndi. Bu zaman səhabələrdən ikisi - Əbdürrəhmanla Büreyr çadırın girişində durub keşik çəkirdilər. Büreyr həmin vaxt Əbdürrəhmanla zarafat etməyə başladı. Zəhmli xasiyyətə malik Əbdürrəhman etiraz edib Büreyrə söylədi ki, zarafatın yeri deyil. Büreyr isə ona belə cavab verdi: "Ey Əbdürrəhman, məni tanıyanlar bilirlər ki, mən nə cavanlıqda, nə də indi (ahıl vaxımda) şit zarafat etməyi xoşlamamışam. Amma bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki bir azdan sonra şəhid olub Allahın mükafatlarını qazanacağıq. Buna görə səninlə zarafat etməyi özümə rəva bildim".

Savaş meydanında mübahilə

Yuxarıdakı əhvalatda adı çəkilən Büreyr ibn Xüzeyr Həmdani vaxtilə İmam Əlinin (ə) tərəfdarlarından olmuşdu, abid, zahid, Quran bilicisi kimi tanınırdı. Kufə məscidində Quran qiraətindən dərs deyirdi. Ona "Seyyidül-qüra" (Quran oxuyanların başçısı) deyirdilər. Büreyr Kufədən Məkkəyə gəlib, İmama qoşulmuş və onu Kərbəlaya kimi müşayiət etmişdi.

(adsgarden = window.adsgarden || []).push({});