Çörəkçinin çiy bişən çörəyi və ədalət


Digərləri 13 Okt 2019 19:55:00 195 0

Çörəkçinin çiy bişən çörəyi və ədalət

Əllamə Təbatəbai ədalət barəsində deyir ki, ədalət hüsnlə bərabərdir. Hüsn dedikdə isə, o şey nəzərdə tutulur ki, biz ona tərəf meyil edirik və onu istəyirik. Hər şeyin öz yerində qərar tutması elə bir mövzudur ki, bütün insanlar ona meyil edərlər.

Əgər onun əksini etsələr, peşman olar və üzr istəyərlər.

İmam Əli (ə) buyurur: "Ədalət - nadir tapılandır və kəramətdir".

Hər bir insan kəramət sözünü də, onun əksi olan təhqir sözünü də yaxşı dərk edir. Onun qarşısında reaksiya göstərər.

Misal üçün, bir çörəkçi təndirdə çörək bişirən zaman odu elə düzəltməlidir ki, xəmir nə yansın və nə də çiy qalsın. Əgər çörəyi yandırıbdırsa, çörəkçi iki cür əməl edə bilər:

1. Ədalətə riayət edərək, çörəyi növbə ilə verər.

2. Ayrı-seçkilik edər və çörəklərin yaxşı bişənini yaxınlarına və dostlarına verər, yaxşı bişməyənləri isə başqasına.

Bu zaman hər kim belə səhnəni müşahidə edər, onu ədalətsiz hesab edər.

O kəs ki, yaxşı bişməmiş çörəyi alar, özünə qarşı həqarət və təhqir hiss edər.

Halbuki, əgər ədalətə riayət olunsaydı, çörəkçi kəramət sahibi olardı.

(adsgarden = window.adsgarden || []).push({});