Körpü dağıldı, ferma suyun altında qaldı
Dünya 13 Okt 2019 19:46:00 281 0
İranın şimalında yerləşən Gilan vilayətində leysan yağışlarının yağması və çayların daşması nəticəsində bir neçə körpü dağılıb.
Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İranın Gilan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Rza Eslami məlumat yayıb.
Onun sözlərinə görə, bir körpünün dağılması nəticəsində iki nəfər çaya düşüb. Onlardan biri xilas olsa da, digəri itkin düşüb. Bir neçə körpü bağlanıb, quşçuluq ferması su altında qalıb.
Mənbə: milli.az