Marsda həyat izləri 40 il əvvəl tapılıb


Digərləri 13 Okt 2019 19:47:00 236 0

Marsda həyat izləri 40 il əvvəl tapılıb

NASA-nın keçmiş alimi Gilbert Levin bəyan edib ki, Marsda həyat izləri hələ 40 il əvvəl tapılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Levin, araşdırmanın 1976-cı ildə "Vikinq" proqramı çərçivəsində həyata keçirildiyini bildirib. O, qeyd edib ki, proqram Mars torpağının nümunələrində həyat izlərini axtarmağı özündə ehtiva edirdi.

Alimin fikrincə, alınan nümunələrdə oksigenin yüksək səviyyədə olmasını sübut edən "mikrob tənəffüsünü" aşkar etmək mümkün olub.

Ümumilikdə 4000 mil məsafəyə enmiş iki kosmik gəmidən dörd müsbət nəticə əldə edilib.

(adsgarden = window.adsgarden || []).push({});