Japoniya qasırğanın təsirinə məruz qalan bölgəyə on minlərlə əsgər göndərib


Dünya 13 Okt 2019 19:33:00 256 0

Japoniya qasırğanın təsirinə məruz qalan bölgəyə on minlərlə əsgər göndərib

Japoniya bazar günü qasırğanın təsirinə məruz qalan bölgəyə on minlərlə əsgər göndərib. Bu, 23 nəfərin ölümünə səbəb olan ən ağır qasırğadır. 16 nəfər hələ də itkindir.

Daşqınlar Yaponiyanın mərkəzi və şərq bölgələrini iflic vəziyyətə salıb, yarım milyondan çox evi elektriksiz qoyub.

Tokionun Narita və Haneda hava limanlarında enişlərə məhdudiyyət tətbiq edilib. 800-dən artıq uçuş təxirə salınıb.

Ötən ay daha bir şiddətli qasırğa Tokionun şərqində 30 min evi dağıtmış, şoxsayda insanı işıqsız qoymuşdu.