Gəncədə yanğın olub, sakinlər təxliyə edilib


Digərləri 13 Okt 2019 19:24:16 220 0

Gəncədə yanğın olub, sakinlər təxliyə edilib

Gəncədə yanğın qeydə alınıb

Bakı. Gəncədə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb və 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.