Yol polisi: "BakıSumqayıt yolunda hərəkət məhdudlaşdırılıb" FOTO


Digərləri 13 Okt 2019 18:52:00 259 0

Yol polisi: "BakıSumqayıt yolunda hərəkət məhdudlaşdırılıb"  FOTO

Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə təmir işləri davam etdirilir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

O bildirib ki, aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb: "Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Qeyd olunan ərazidə Dövlət Yol Polisi əməkdaşları fasiləsiz olaraq xidmət aparırlar".

Şöbə rəisi onu da bildirib ki, təmir işləri daha bir neçə gün davam edəcək.