Milli Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir - Azərbaycanlı gimnast


Digərləri 13 Okt 2019 18:55:15 209 0

Milli Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir - Azərbaycanlı gimnast

Bədii Gimnastika üzrə regionlararası kubokunun qızıl medalını qazandığım üçün çox xoşbəxtəm

Bakı. "Bədii Gimnastika üzrə regionlararası kubokunun qızıl medalını qazandığım üçün çox xoşbəxtəm". Bunu, Trend-ə Mingəçevirdən olan gənc idmançımız Yasəmən Nəsirova deyib. Y.Nəsirova qızıl medalı qazandığı üçün şad və xoşbəxt olduğunu bildirib: "Bu yarışlarda yüksək nəticələr göstərmək üçün çox məşq etdim. Regionlararası kubokunda birinci yer qazanmaq ciddi hazırlığın nəticəsidir". 2009-cu il təvəllüdlü gimnastlar arasında Yasəmən Nəsirova fərdi çoxnövçülükdə (alətsiz və gürzlərlə hərəkətlərdə) bədii gimnastika üzrə 6-cı regionlararası kubokunda birinci yeri tutdu. Gənc gimnast əlavə edib ki, Milli Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir.