“Əsəd istəməsə Rusiya Suriyadan çıxacaq”


Dünya 13 Okt 2019 17:55:00 208 0

“Əsəd istəməsə Rusiya Suriyadan çıxacaq”

Türkiyənin Suriyada həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı beynəlxalq səviyyədə ciddi təpki ilə üzləşib. Hazırda dünya mediasında müzakirə olunmaqda olan bu məsələ ilə bağlı Britaniya mətbuatı da haray-həşir salıb.

"The Daily Mail" yazır ki, prezident Donald Tramp bildirib ki, Türkiyə təcavüzü dayandırmsa ABŞ tərəfindən sanksiya təhlükəsi ilə üzləşə bilər. Türkiyənin NATO-da olan müttəfiqlərindən ikisi-Almaniya və Fransa, Türkiyəyə silah ixracını dayandırıb. Ərəb Birliyi "Barış pınarı"nı süngü ilə qarşılayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, belə bir fonda Rusiyanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. "The Daily Mail" xəbər verir ki, Vladimir Putin bəyan edib ki, Suriya hökuməti istəmədiyi təqdirdə bütün xarici qoşunlar Suriyanı tərk etməlidir.

Rusiya prezidenti bazar günü üç ərəb televiziya kanalına verdiyi müsahibədə belə söyləyib.