Putin: "Ölkələr İranın maraqlarına hörmət etməlidirlər"


Dünya 13 Okt 2019 17:11:00 301 0

Putin: "Ölkələr İranın maraqlarına hörmət etməlidirlər"

Bütün ölkələr İranın maraqlarını nəzərə almalıdır, Moskva isə onun qonşu ərəb dövlətləri ilə münasibətlərini yaxşılaşdırmaq üçün şərait yaradacaq.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BƏƏ və Səudiyyə Ərəbistanına səfəri ərəfəsində RT Arabic, Al Arabiya və Sky News Arabia telekanallarına verdiyi müsahibədə deyib.

"Min illər boyu bu ərazidə yerləşən İran kimi böyük bir gücün - iranlılar, farslar əsrlər boyu burada yaşayırlar - öz maraqları olmaya bilməz və buna hörmətlə yanaşılmalıdır", - Rusiya dövlətinin başçısı deyib.

"Qanuni maraqlar haradadır və onlar hansısa sərhədləri harada keçirlər - əlbəttə, bu, müzakirələr üçün predmetdir. Bu nüansları, incəlikləri və problemli məsələləri anlamaq üçün dialoq aparmaq lazımdır. Dialoqsuz, ümumiyyətlə heç bir problemi həll etmək mümkün deyil", - V.Putin əminliklə vurğulayıb.