Çində kafedə partlayış:


Dünya 13 Okt 2019 17:05:00 345 0

Çində kafedə partlayış:

Çinin şərqindəki Tsyansu vilayətində kafedə baş verən güclü qaz partlaması nəticəsində ən azı altı nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Global Times" qəzeti bildirib.

Məlumata əsasən, daha doqquz nəfər yaralanıb. Onların sağlamlıq durumları barədə məlumat hələ verilməyib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatının demək olar ki, başa çatdığı qeyd olunur.