Ərdoğan sabah Bakıya gəlir


Siyasət 13 Okt 2019 16:47:00 287 0

Ərdoğan sabah Bakıya gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Bakıya səfər edəcək.

Son.az bildirir ki, qafqazinfo-nun "TRT Haber"ə istinadən məlumatına görə, o, Azərbaycanın paytaxtında keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak edəcək.

Sammit çərçivəsində Ərdoğanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. O, oktyabrın 15-də Türkiyəyə dönəcək.