Tramp ABŞ qoşunları və SuriyaTürkiyə sərhədinin qorunması haqda: "Biz evə qayıtmalıyıq"


Dünya 13 Okt 2019 16:03:00 314 0

Tramp ABŞ qoşunları və SuriyaTürkiyə sərhədinin qorunması haqda: "Biz evə qayıtmalıyıq"

ABŞ qoşunları Suriyada Türkiyə-Suriya sərhədinin təhlükəsizliyini təmin etmək üçün qalmamalıdır, onlar getməlidir.

Son.az bildirir ki, virtualaz.org Reuters-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda mühafizəkar siyasətçilərin konfranslarına çıxış edərkən deyib.

"İndi Türkiyə ilə sərhəd boyu 30 kilometr enində sərhəd zonası var. Kürdlər gedirlər və bu yaxşıdır, qoy onların öz sərhədləri olsun. Amma mən düşünmürəm ki, bizim əsgərlərimiz Türkiyə və Suriya arasında sərhədi qorumaq üçün orada daha 50 il qalmalıdır. Biz öz sərhədimizin təhlükəsizliyini təmin edə bilmirik", - deyə Tramp ABŞ-ın cənub sərhədlərində qeyri-leqal miqrantlara qarşı mübarizədə yaranmış böhranı nəzərdə tutaraq bildirib.

ABŞ rəhbəri bəyan edib ki, Birləşmiş Ştatlar İŞİD-ə qalib gəlib: "Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, biz evə qayıtmalıyıq".