Kanada baş naziri seçicilərlə görüşə zirehli jiletlə gəlib


Dünya 13 Okt 2019 14:52:00 296 0

Kanada baş naziri seçicilərlə görüşə zirehli jiletlə gəlib

Kanadanın baş naziri, hakim Liberal partiyasının sədri Castin Trüdo seçkiqabağı kampaniya çərçivəsində təşkil olunan görüşə zirehli jiletlə gəlib.

Mill.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "CBC News" kanalı məlumat yayıb.

Gələn informasiyalara əsasən, Kanada lideri Ontario ştatının Missiqoqa şəhərində minlərlə tərəfdarının önündə çıxış edib. Lakin onun gəlişi planlaşdırılan vaxtdan 90 dəqiqə gecikmə ilə baş tutub.

Mitinq zamanı mühafizəçilərin birdən-birə artması və onların həyəcanlı hərəkətləri diqqəti cəlb edib.

Bundan başqa Castin Trüdonun nitqi zamanı onun ətrafını "ağır bel çantaları" ilə cangüdənlər sarıb. 

Kanada baş nazirini tərəfdarlarına həyat yoldaşı Sofi Qrequar-Trüdo təqdim etməli imiş. Lakin ölkənin birinci xanımı ümumiyyətlə görüşə gəlməyib.