Azərbaycanlı gimnast: Yarışlar öz gücünü sınamaq üçün əla fürsətdir


Digərləri 13 Okt 2019 14:36:00 267 0

Azərbaycanlı gimnast: Yarışlar öz gücünü sınamaq üçün əla fürsətdir

Yarışlarda yaxşı nəticələr göstərmək istəyirəm

Bakı. Cani Babayeva - Yarışlarda yaxşı nəticələr göstərmək istəyirəm. Bunu Trend-ə Zaqataladan olan bədii gimnastıka üzrə 6-cı bölgələrarası kubokun iştirakçısı Həvva Əbdürəhmanova deyib. H. Əbdürəhmanova bildirib ki, o, Bakıda Milli Gimnastika Arenasında ilk dəfə çıxış edir: "Salon gözəl, geniş və işıqlıdır - mən məmnunam. Burada çox rahatdır, ona görə də xalça üzərinə çıxmaqdan qorxmuram". Gimnast qeyd edib ki, bu yarışlarda məqsədi yaxşı nəticə göstərməkdir: "Yarışların qalibi olmaq istəyirəm. İdmanda böyük nəticələr əldə etmək üçün çox məşq etmək lazımdır. Yarışlar öz gücünü sınamaq üçün əla fürsətdir".