"Əlimizdə dəlillər var, bu hücuma cavab verəcəyik..."


Dünya 13 Okt 2019 14:08:00 272 0

"Əlimizdə dəlillər var, bu hücuma cavab verəcəyik..."

 İran Qırmızı dənizdə, Səudiyyə Ərəbistanı sahillərindən təxminən 100 kilometr məsafədə ötən cümə günü raket zərbələrin tuş gələn neft tankerinə görə cavab tədbirləri ilə hədələyib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hərçənd İran rəsmiləri bu hücumun kim tərəfindən edildiyi barədə fərqli bəyanatlar verirlər.

Xəbər verildiyi kimi İrana məxsus "Sabiti" adlı neft tankerinə iki raket atıldığı, nəticədə tankerdə partlayış və yanğın baş verdiyi açıqlanıb. Dənizə böyük həcmdə neft sızması olub. İran əvvəlcə heç bir sübut göstərmədən bu hadisəni "terror hücumu" adlandırıb.

Ötən gün oktyabrın 12-də isə İrnın milli təhlükəsizlik üzrə Ali şurasının katibi, general Əli Şamxani hücumun Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirildiyini bildirib. "Dəniz quldurluğu və beynəlxalq sularda ticarət gəmilərinin təhlükəsizliyinə zərbə vurmaq üçün  həyata keçirilən bəd əməllər cavabsız qalmayacaq",-Şamxani bildirib.

General deyib ki, tankerə Səudiyyə Ərəbistanı sahillərindən iki raketlə hücum edilib. O, hücum barədə videomaterialların və digər dəlillərin əldə olunduğunu deyib. Şamxani bildirib ki, "Sabiti" tankerinə hücuma görə cavab vermək üçün xüsusi komitə yaradılıb.