Trampın təhdidinə Ankaradan tarixi cavab...


Dünya 13 Okt 2019 13:40:00 274 0

Trampın təhdidinə Ankaradan tarixi cavab...

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın "Türkiyə və kürdlər arasında vasitəçilik edə bilərik" sözlərinə cavab verib.

Son.az bildirir ki, "Deutsche Welle" nəşrinə müsahibə verən Çavuşoğlu Ankaranın terrorçularla danışıqlar aparmayacağını bildirib.

"Biz terrorçularla vasitəçilik etmərik, müzakirələr aparmarıq. Ediləcək tək şey var: terrorçuların silahı buraxması. Biz keçmişdə Türkiyədə siyasi həlli sınadıq və nəyin baş verdiyini gördük. Onlar silahı buraxmadılar və yumşaqlığımızdan çox ciddi şəkildə sui-istifadə edərək şəhərlərdə nələr etdiklərini gördük", - o deyib.

ABŞ-ın sanksiya təhdidindən danışan Çavuşoğlu vurğulayıb ki, bununla heç bir yerə çatmaq mümkün deyil.

"Sanksiyalardan qorxsaydıq, bu hərəkatı başlatmazdık. Milli təhlükəsizlik məsələsi bizim üçün həyati dərəcədə əhəmiyyətlidir", - türkiyəli nazir qeyd edib.