Azərbaycanın və Polşanın xalq qəhrəmanlarının xatirəsi yad olunub


Digərləri 13 Okt 2019 13:44:25 299 0

Azərbaycanın və Polşanın xalq qəhrəmanlarının xatirəsi yad olunub

Polşada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti əvvəlcə Azərbaycan Ticarət Evinə baş çəkib və onların fəaliyyəti ilə yaxından tanış olublar

Bakı. Polşada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti əvvəlcə Azərbaycan Ticarət Evinə baş çəkib və onların fəaliyyəti ilə yaxından tanış olublar. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə sədri Fuad Muradov Azərbaycanın dünyada tanıdılması üçün dövlət siyasətinin tərkib hissəsi olan “Made in Azerbaijan” brendinin geniş auditoriyaya çatdırılmasında Polşadakı Azərbaycan Ticarət Evinin böyük rolu olduğuna əminliyini ifadə edib. O, bu sahədə Polşada fəaliyyət göstərən Azərbaycan diasporunun da öz töhfələrinin olacağına əminliyini ifadə edib. Görüşdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib. Daha sonra nümayəndə heyəti Azərbaycan və Polşa xalqlarının qəhrəman övladları - Varşavadakı Azərbaycan ordusunun hərbi xadimi, general-leytenant M.Sulkeviçin və Polşa ordusunun hərbi xadimi, polkovnik Vəli bəy Yadigarın abidələrini ziyarət edib, abidə qarşısına çələng qoyublar.