Bədii gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının son günü başlayıb (FOTO)


Digərləri 13 Okt 2019 13:22:00 240 0

Bədii gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının son günü başlayıb (FOTO)

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi və 6-cı bölgələrarası kuboku yarışlarının son günü başlayıb

Bakı. Cani Babayeva - Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi və 6-cı bölgələrarası kuboku yarışlarının son günü başlayıb. Trend-in məlumatına görə, bədii gimnastika üzrə bölgələrarası kuboku yarışlarının çərçivəsində "balacalar" yaş kateqoriyasında (2009-2011-ci il təvəllüdlü) idmançılar alətsiz və gürzlərlə çıxış edəcəklər, "yeniyetmələr" (2007-2008) yaş kateqoriyasında gimnastlar alətsiz və topla çıxış edəcəklər. Yarışlar çərçivəsində "gənclər" (2004-2006) yaş kateqoriyasında olan bədii gimnastlar ip, top, gürzlər və lentlə cıxış edəcəklər. Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.