Yağış və daşqın İranda körpüləri dağıtdı


Dünya 13 Okt 2019 12:45:00 304 0

Yağış və daşqın İranda körpüləri dağıtdı

İranın şimalında yerləşən Gilan vilayətində leysan yağışlarının yağması və çayların daşması nəticəsində bir neçə körpü dağılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Gilan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Rza Eslami deyib.

R.Eslaminin sözlərinə görə, bir körpünün dağılması nəticəsində iki nəfər çaya düşüb. Onlardan biri xilas olsa da, digəri itkin düşüb.

Eslami əlavə edib ki, təhlükəli olduğuna görə, bir neçə körpü bağlanıb.