Ərdoğan Britaniya Baş nazirinin “Barış bulağı” əməliyyatını dayandırmaq xahişinə “yox” dedi


Dünya 13 Okt 2019 12:12:00 312 0

Ərdoğan Britaniya Baş nazirinin “Barış bulağı” əməliyyatını dayandırmaq xahişinə “yox” dedi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, telefon söhbətində Türkiyə prezidenti "Barış bulağı" əməliyyatının məqsədləri barədə Britaniya Baş nazirinə məlumat verib.

B.Consonun Ərdoğandan Suriyanın şimalında aparılan əməliyyatın dayandırılmasını istədiyi bildirilir. Bundan əlavə, Conson Ərdoğana İngiltərənin əməliyyatı dəstəkləməyəcəyini açıq şəkildə bəyan edib.

Prezident Ərdoğan isə Suriyanın şimalındakı PKK-YPG təhdidinin tam aradan qaldırılmasına qədər əməliyyatların davam etdiriləcəyini, doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan suriyalıların könüllü və təhlükəsiz şəkildə geri qayıtmalarının təmin olunacağını vurğulayıb.