Nigardan Samirə jest


Şou-biznes 13 Okt 2019 11:50:00 264 0

Nigardan Samirə jest

Müğənni Nigar Camal qalmaqal yaşadığı həmkarı Samir Piriyevlə bağlı paylaşım edib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, dostları ilə həmkarının yeni mahnısı "Səma, dəniz, bir də mən"ə rəqs edərkən çəkilən görüntülərini izləyicilərlə bölüşüb.

Lənkərana klip çəkilişinə yollanan ifaçı "Klip öncəsi enerji alırıq. "Nəfəsim, qəlbim" gəlir" deyə, yazıb.

Samir isə həmin görüntüləri İnstaqramında yayımlayaraq "Vaxtilə məni tanımayan müğənni indi mahnıma rəqs edir. Dünya, sən necə də ədalətlisən" sözlərini yazıb.